Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın imtahanıdır. Allah verdiyi hər nemətlə birlikdə insanın Ona şükr edib-etmədiyini də sınayır. Nemətlərlə bərabər, Allah insanın qarşısına həyatı boyunca, qərar verməsi lazım olan bir çox hadisə çıxarır. Əlbəttə yaşadıqlarının imtahan olduğunun fərqində olan və Allahın razılığına görə qərar verən möminlər bu imtahanı qazanmağı və Allahın Quranda bildirdiyi kimi Cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilirlər.
Dünyadakı imtahan mühitində, möminlər, vicdanlarının səsini dinləyib, Allahın onları sınaqdan keçirdiyini heç bir şəkildə unutmamalıdırlar. Səmimi ürəklə Allaha yönələn  insan, qarşısına hansı çətinlik çıxarsa çıxsın, mütləq asanlıqla qarşılaşacaq və Allahın izni ilə doğrunu tapacaq. Bu imtahan dünyasının ən böyük sirlərindən biri, iman edənlər üçün mütləq qazanc olacağıdır. Ən böyük qazanclardan biri isə, iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanətin, onların axirətdəki qarşılıqlarını və dərəcələrini artırmasıdır.

Hiç yorum yok:

Yorum Gönder