Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) (Hücurat surəsi 11)



Allah bu ayədə, insanlara lağ etməyi qadağan etmişdir. Ayədə qadağan edilən mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdəki pis əxlaq xüsusiyyətləridir. Ayədə diqqəti cəlb edən əsas məsələlərdən biri də, din əxlaqını yaşamayan cəmiyyətlərin bir-birlərinə lağ etməsi, özlərini üstün görməsidir. Halbuki, Allah Qatında üstünlük dərəcəsi insanların sahib olduqları Allah qorxusu və təqvadır. Maddi güc, fiziki xüsusiyyətlər, inkişaf etmiş texnologiya və ya hər hansı dünyəvi istəklər insanların bir-birlərindən üstün olduqlarını göstərməz. İnsanların fərqli xüsusiyyətlərə sahib olması, qadın və ya kişi olması, fərqli irqlərə mənsub olması, ağ dərili və ya qara dərili olması bir üstünlük əlaməti deyil.

Həmçinin ayədə qadınların da bir-birləri ilə lağ etməsi qadağan edilmişdir. Xüsusilə qadınların bir-birlərinə qarşı lağedici, iynələyici sözlər istifadə etməsi cahiliyyə cəmiyyətlərində daha çox rast gəlinən davranışlardandır.

Hətta bu davranışlar elə adi hala çevrilib ki, iki qadın arasında olan bu tərz danışıq çox məqbul qarşılanır. Bir qadın başqa bir qadının fiziki qüsurlarını mümkün olduqca tez-tez dilə gətirir. Hətta nəzərə çarpacaq qüsuru yoxdursa belə, yenə də hər hansı bir xüsusiyyətini qüsurmuş kimi göstərməyə çalışır. 

Qısqanclıq səbəbindən hər cür böhtanı, lağ edici sözləri dilinə gətirə bilir. Halbuki Quranda insanların bir-birlərini çətin vəziyyətə qoymaları çirkin əxlaq olaraq göstərilmişdir.

Hiç yorum yok:

Yorum Gönder