O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! (Ali-İmran surəsi 191)



Ayədə, möminlərin həyatlarının hər anında Allahı zikr etdikləri xəbər verilmişdir. Möminlər həyatlarının hər anında Allahın razılığını güdür və daima Allahı düşünürlər. Allah onları hər an eşidir, görür, ürəklərindən keçənləri bilir. Buna görə də möminlər həmişə Onu məmnun etməyə çalışırlar. Hər an onlarla Allah arasında əlaqə var. Möminlər üçün Allahı zikr etmək "ən böyük ibadət" dir. (Ənkəbut surəsi 45) Möminlər həyatları boyunca bu düşüncə ilə hərəkət edirlər. Allahı düşünərək və bu düşüncələrini dilə gətirərək Onu zikr edirlər. Allahın onlara verdiyi nemətləri tək-tək düşünür və nə qədər böyük bir rəhmət içində olduqlarını bilirlər. Bu da Allaha olan sevgilərini artırır.
Ayənin davamında möminlərin baxdıqları hər yerdə Allahın bənzərsiz yaradılışını gördükləri vurğulanmışdır. Allah kainatdakı canlı-cansız bütün varlıqları Onun üstün yaratma gücünü, sənətini, elmini dərindən təfəkkür etməyimiz üçün yaratmışdır. Bunların heç biri boş yerə yaradılmamışdır. Kainatın hər yeri Allahın yaratdığı möcüzələrlə doludur. Möminlər, bitkilərdə, heyvanlarda, dənizlərdə, səmada, kosmosda, torpaqda və ətraflarındakı hər detalda Allahın təcəllilərini görürlər.
Allahın bütün bunları çox üstün bir yaradılışla yaratdığını düşünürlər. Ayədə də bildirildiyi kimi iman edənlər bu həqiqətin fərqindədirlər, bütün bunlar üzərində düşünüb Allahın üstün yaratma sənətini və Ucalığını dayanmadan zikr edirlər.
İman edənlər bununla bərabər axirəti də düşünüb, xatırlayırlar. Ayənin sonunda qeyd edildiyi kimi möminlər Allaha, onları Cəhənnəm əzabından qoruması üçün dua edir, axirətlə bağlı daima qorxu ilə ümid arasında olur və dua edərək Allahın rəhmətini istəyirlər. Allahın böyüklüyünü və Allaha nə dərəcə möhtac olduqlarını dərk edirlər. Ölümün yaxınlığını da heç unutmurlar. Ölümün yaxınlığı onlarda Allaha qarşı məsuliyyəti artırır və bu mövzuda daha da diqqətli olmalarını təmin edir. Bu görə də möminlər ölümü və axirəti düşündüklərində də Allahı zikr edirlər.

Hiç yorum yok:

Yorum Gönder