NƏHL SURƏSİ 97

Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.(Nəhl surəsi, 97)

İBRAHİM SURƏSİ 32-34


Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır! (Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 32-34)

KƏHF SURƏSİ 8


(Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Kəhf surəsi, 8)

Yer üzündəki bütün gözəllik və zənginliklər insanları sınamaq üçün Allahın yaratdığı müvəqqəti faydalanılacaq nemətlərdir. Bu ayədə isə Rəbbimiz, insanlara sahib olduqları nemətləri nə qədər qiymətli, nə qədər ehtişamlı, nə qədər gözəl olursa olsun bunların hamısının şübhəsiz quru bir torpağa çevriləcəyini xatırlatmaqdadır.

BƏQƏRƏ SURƏSİ 117


Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: "Ol !" -deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)

Bu ayədə Allahın "Bedi" (nümunəsiz olaraq yaradan) olduğu və Yaradan olmasının  üstünlüyü bildirilmişdir. Allah kainatı, içində yaşadığımız Dünyanı, göylərdə və yerdə gördüyümüz hər detalı qüsursuzca Yaradandır.

Bəqərə surəsi, 32

Quranda Allahın mələklərə yer üzündə xəlifə yaratdığını və ona adların hamısını öyrətdiyi xəbər verilmişdir. Bu səbəbdən mələklər Allahın ağlını, elmini, gücünü və böyüklüyünü tərifləyib ucaldaraq zikr edirlər. Mələklərin zikrində olduğu kimi Allah sonsuz hikmət və elm sahibidir. İnsanın da Allahın özünə öyrətdiyi xaricində heç bir məlumatı yoxdur. Yəni, bir kimsənin hər hansı elmə sahib olması özündən deyil, Allahın həmin insana qədərində bir elmi lütf etməsinin nəticəsidir. Allah dilədiyi insana bu neməti dilədiyi qədər verir. Mələklərin, ayədə xəbər verilən sözləri bu gerçəyi açıq şəkildə ifadə edir.

Hud surəsi, 3


Allah bu ayədə Ondan içi titrəyərək qorxan, səhvlərindən və günahlarından ötrü bağışlanma diləyib, tövbə edən saleh möminləri, dünya həyatında ən gözəl şəkildə nemətləndirəcəyini və onlara lütfkarlıq edəcəyini bildirmişdir. Ayədə həmçinin bağışlanma istəməyin nemət verilməsinə səbəb olacağına işarə edilmişdir.