Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız! (Maidə surəsi, 35)


Bu ayədə Allah, möminlərə yalnız Ondan qorxmalarını bildirmişdir. Allahı bütün sifətləri ilə tanıyan, Onun böyüklüyünü lazımınca təqdir edə bilən, ağıl və vicdan sahibi hər insan, Allahdan gücü çatdığı qədər qorxub çəkinir. Mömin, Allahın əzabından, Allahın məmnuniyyətini və sevgisini itirməkdən çox qorxur və buna görə də həyatı boyunca ciddi və səmimi səy göstərir.

Rəbbimiz bu ayədə insanları Ona yaxınlaşmaq üçün yollar axtarmağa çağırmışdır.  Buna görə də möminin həyatının ən böyük hədəfi Allahın bu çağırışı istiqamətində səy göstərmək və bütün insanlar arasında Allaha ən yaxın qul olmağa çalışmaqdır. Bu baxımdan möminlərin özlərinə nümunə götürdükləri şəxslər isə peyğəmbərlərdir.
Bu, peyğəmbərlərin Allaha olan yaxınlıqları, onların Allahdan çox qorxan və Allahı çox sevən, təqvalı, gözəl əxlaqlı və səmimi insanlar olmalarına görədir.

Özünə peyğəmbər əxlaqını və səmimiyyətini nümunə götürən hər insan, Allahdan qorxub çəkinərək, Quranın hökmlərini diqqətlə yerinə yetirərək və həyatını Allahın razılığını qazanmağa həsr edərək Allaha yaxın ola bilməyi ümid edə bilər. Bir insanın Allaha yaxınlıq göstərə bilməsi yalnız səmimi istəklə, bir neçə saniyə içində ola bilər. Çünki Allah insanlara çox yaxındır və qullarının dualarına qarşılıq verəndir. Buna görə bir insanın Allahla yaxınlaşması yalnız səmimi niyyətə bağlıdır.

Hiç yorum yok:

Yorum Gönder