Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)Və ancaq Rəbbinə yalvar! (İnşirah surəsi 7-8)


Allah bu ayələrdə, möminlərə dayanmadan Allahın razılığı üçün yaşamağı və cəhd etmələrini əmr etmişdir. Möminlər, imanın verdiyi şövqlə ayənin hökm etdiyi kimi Allah yolunda bir işi bitirincə dərhal bir başqa iş üçün yorulub səy göstərməyə davam edirlər. Çünki möminlər üçün boş vaxt anlayışı yoxdur.

Mömin, hər gün vaxtlı-vaxtında etdiyi ibadətlərdən əlavə, qalan vaxtını boş işlərə ayırmır. Allah, iman edənləri həyatları boyunca həm öz nəfslərini tərbiyə etməklə, həm də inkarçıların əxlaqına qarşı fikri mübarizə aparmaqla vəzifələndirmişdir. Bunun üçün bir çox vəzifələr yerinə yetirməlidirlər.. Bu ixlaslı səyin sərhədi yoxdur. Buna görə möminlər üçün bir işin bitməsi, başqa bir işin başlamasının zamanının gəldiyinin göstəricisidir.


Allah ayənin davamında müsəlmanları ancaq Ona rəğbət bəsləməyə çağırmışdır. Yalnız Allaha rəğbət bəsləməsı, tək dost və köməkçisi olaraq Allahı görməsi, yalnız Onun razılığını hədəfləməsi və yalnız Allahın məmnuniyyətini qazanması əsasdır. Mömin üçün Allahın onu bəyənməsi, ondan məmnun olması tək məqsəddir. Bu görə də mömin bütün həyatını, Allahın təyin etdiyi meyarlara görə tənzimləyir, Onun əmr və qadağalarına görə hərəkət edir. Onun üçün digər insanların razılığı, məmnuniyyəti məqsəd deyil. Yalnız Allah ondan razı olsun, lazım olsa bütün dünyanı özünə qarşı əks cəbhədə görsə də, onun üçün fərq etməz. Əhəmiyyətli olan əsl dost olan Allahın ondan məmnun olmasıdır. Belə bir insan kimin nə düşündüyünün, kimin nə söylədiyinin, digər insanların onu necə qiymətləndirdiklərinin dərdini çəkməz. Yalnız Allahın razı olması və yalnız Allahın sevməsi onun üçün kifayətdir.

Hiç yorum yok:

Yorum Gönder