Bəqərə surəsi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Bəqərə surəsi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! (Bəqərə surəsi, 155)

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın imtahanıdır. Allah verdiyi hər nemətlə birlikdə insanın Ona şükr edib-etmədiyini də sınayır. Nemətlərlə bərabər, Allah insanın qarşısına həyatı boyunca, qərar verməsi lazım olan bir çox hadisə çıxarır. Əlbəttə yaşadıqlarının imtahan olduğunun fərqində olan və Allahın razılığına görə qərar verən möminlər bu imtahanı qazanmağı və Allahın Quranda bildirdiyi kimi Cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilirlər.
Dünyadakı imtahan mühitində, möminlər, vicdanlarının səsini dinləyib, Allahın onları sınaqdan keçirdiyini heç bir şəkildə unutmamalıdırlar. Səmimi ürəklə Allaha yönələn  insan, qarşısına hansı çətinlik çıxarsa çıxsın, mütləq asanlıqla qarşılaşacaq və Allahın izni ilə doğrunu tapacaq.

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? (Bəqərə surəsi, 44)


Allah ayədə Quranı oxuyan, doğrunu-səhvi bilən və başqalarına yaxşılığı əmr edən ancaq, həmin xatırlatmaları özü etməyən qəflət içində olan insanları xəbərdar edir.
Allah, Quranda möminlərə bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmlərini nəsihət etmişdir. Bu Allahın bəyəndiyi xüsusiyyətdir. Lakin, mühüm olan insanın başqasına xatırlatdığı mövzulara özünün də diqqət yetirməsi və onlara davranışları, əxlaqı ilə nümunə ola bilməsidir. Çünki, əgər həmin şəxs davranışının səhv olduğunu bilir və bundan narahatlıq keçirirsə, bu vəziyyətdə özü də bu səhvdən xilas olmaq və doğru olanı etməklə məsuldur. Əks halda başqalarına etdiyi xəbərdarlıqlar axirətdə öz əleyhinə olaraq qarşısına çıxa bilər.