Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!) (Nəhl surəsi 99-100)



Allah ayələrində, şeytana iman edənlərin Allaha təvəkkül edənlər üzərində heç bir təsirinin ola bilməyəcəyini xəbər vermişdir. Möminlər həyatlarını, Allahın Quranda bildirdiyi hökmlər üzərində qurduqları üçün, "Ey iman edənlər, Allahdan qorxub-çəkinsəniz, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər…" (Ənfal surəsi 29) ayəsində bildirildiyi kimi şeytanın hiylələrini, onlara hansı yollarla yaxınlaşacağını Allahın izni ilə çox yaxşı görə bilirlər. Şeytana əsla fürsət vermir, hər zaman hər mövzuda vicdanlarına görə hərəkət edirlər.

Şeytanın hiyləsinin zəif olması və məcburedici gücünün olmaması, Allahın insanlar üçün yaratdığı rəhmət və asanlıqdır. Çünki, din əxlaqını yaşayan insanın qarşısında mənfi güc olaraq şeytan var. Onun zəif və gücsüz olması isə, möminlərin Quran əxlaqını yaşamaqda onlara çətinlik törətməyəcəyinin bir göstəricisidir. Ancaq, bunun üçün səmimi iman lazımdır.
Allaha təslim olmuş, səhər-axşam Onu zikr edən, yer üzündəki hər hadisənin Allahın nəzarətində olduğunu bilən və ixlasla Rəbbimizə yönələn möminlər şeytanın təsirlərinə qarşı güclüdürlər.

Ayənin davamında bildirildiyi kimi şeytanın təsiri ancaq Allaha şərik qoşan və inkar edən şəxslər üzərindədir. Şeytan insanları Allah yolundan döndərmək üçün and içmişdir. Bu səbəbdən iman etməyən, insanları Allahın yolundan döndərməyə çalışan, Allaha və din əxlaqına qarşı olan, insanlara Allahı, axirəti, din əxlaqını unutduran hər insan şeytanın köməkçisi və dostudur.

Unudulmamalıdır ki, şeytan Allahdan kənar müstəqil güc deyil. Şeytanı da Allah yaratmışdır və ancaq Allah dilədiyi üçün insanlara düşmən olmuşdur. Allah istəmədikcə insanlar üzərində müstəqil gücü ola bilməz. Allah, şeytanı da insanlar üçün bir imtahan vasitəsi olaraq yaratmışdır. Ona qulaq asanlar doğru yoldan uzaqlaşacaq, vicdanlarının səsini eşidənlər isə Allahın razılığına uyğun hərəkət edərək  əbədi qurtuluşa çatacaqlar.

Hiç yorum yok:

Yorum Gönder