Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar. (Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər. (Əraf surəsi 201-202)


Yuxarıdakı ayələrdə, Allah insanları şeytandan gələ biləcək vəsvəsələrə qarşı xəbərdar etmiş və insanı buna etiraz etmək üçün düşünməyə çağırmışdır. Çünki, bir insanın Allahın ayələri və ətrafını əhatə edən yaradılış möcüzələri üzərində dərindən düşünməsi onu boş düşüncələrdən, vəsvəsədən uzaqlaşdıracaq.
Şeytan möminlərin zehinini boş düşüncələrlə əyləndirməyə çalışır. Məqsədi, iman edənləri məşğul edib, Allahın razılığını qazana biləcəkləri faydalı işlər görmələrinə maneə olmaqdır. Möminlər, hər an Allahın razılığını axtarmaq üçün səfərbərdirlər. Mömin, etdiyi hər işi, "imkanım, ağlım, gücüm, sağlamlığım yerindəykən ən yaxşısını edim ki, Allahın razılığını qazana bilim" deyə düşünür. Bu anda şeytan müxtəlif vəsvəsələrlə mömini xeyirli işlərdən döndərmək üçün ağlına girməyə çalışır. Bu vəsvəsələr axirəti unudub, dünyəvi işlərə dalan insanlarda daha təsirli olur. Çünki şeytan qürur, qısqanclıq, ehtiras, eqoizm kimi tamamilə dünyaya aid hisslərlə insanı aldadır.
Halbuki, Allahın razılığını qazanmaq üçün saleh əməllər edən və axirəti hədəfləyən bir insanın bu hisslərə qapılması çox mənasızdır. Bu tip hisslər tamamilə şeytanın oyunudur. Mömin belə bir vəsvəsəyə qarşı dərhal şeytandan Allaha sığınmalıdır. Daha sonra Allahın ayədə bildirdiyi kimi yaxşıca düşünüb, Allahı zikr etməlidir.
Ayədə keçən "sonra dərhal baxarsan ki xatırlayıb düşünərlər" sözləri ilə Rəbbimiz, belə bir əxlaq göstərən möminin ağlını və vicdanını açıldığını bildirmişdir. Allahın Quranda göstərdiyi bu qəti hökmə əməl etməyən, Allaha sığınmaqdan qaçan və israrla vəsvəsənin içinə düşən insanlar, yenə də ayədə bildirildiyi kimi şeytanın arxasına düşüb, doğru yoldan uzaqlaşırlar.
İnsanın, şeytanın bu oyununu görməsi və buna Quran əxlaqı ilə etiraz etməsi son dərəcə əhəmiyyətlidir. Əks halda özünü bilə-bilə dünyada və axirətdə zərər verə biləcək bir sistemin içərisinə atmış olar. Bunun əksinə olaraq, Allahın bildirdiyi kimi davranması və şeytanın təlqinlərinə cavab verməməsi çox asandır. Bu əxlaq, Allahın izni ilə insana dünyada və axirətdə həm Allahın razılığının, həm də bütün nemətlərin qapısını açacaq.
Ayənin sonunda şeytanın vəsvəsələrinə qulaq asan insanların şeytanın qardaşları olduğu, səmimi olaraq düşünməyən, Allahı xatırlamayan bu insanların, şeytan onları hara apararsa ora gedəcəyi bildirilmişdir.

Hiç yorum yok:

Yorum Gönder