Ayədə, möminlərin həyatlarının hər anında Allahı zikr etdikləri xəbər verilmişdir. Möminlər həyatlarının hər anında Allahın razılığını güdür və daima Allahı düşünürlər. Allah onları hər an eşidir, görür, ürəklərindən keçənləri bilir. Buna görə də möminlər həmişə Onu məmnun etməyə çalışırlar. Hər an onlarla Allah arasında əlaqə var. Möminlər üçün Allahı zikr etmək "ən böyük ibadət" dir. (Ənkəbut surəsi 45) Möminlər həyatları boyunca bu düşüncə ilə hərəkət edirlər. Allahı düşünərək və bu düşüncələrini dilə gətirərək Onu zikr edirlər. Allahın onlara verdiyi nemətləri tək-tək düşünür və nə qədər böyük bir rəhmət içində olduqlarını bilirlər. Bu da Allaha olan sevgilərini artırır.
