Bəqərə surəsi, 32

Quranda Allahın mələklərə yer üzündə xəlifə yaratdığını və ona adların hamısını öyrətdiyi xəbər verilmişdir. Bu səbəbdən mələklər Allahın ağlını, elmini, gücünü və böyüklüyünü tərifləyib ucaldaraq zikr edirlər. Mələklərin zikrində olduğu kimi Allah sonsuz hikmət və elm sahibidir. İnsanın da Allahın özünə öyrətdiyi xaricində heç bir məlumatı yoxdur. Yəni, bir kimsənin hər hansı elmə sahib olması özündən deyil, Allahın həmin insana qədərində bir elmi lütf etməsinin nəticəsidir. Allah dilədiyi insana bu neməti dilədiyi qədər verir. Mələklərin, ayədə xəbər verilən sözləri bu gerçəyi açıq şəkildə ifadə edir.


İnsan, Allahın yoxdan var etdiyi, aciz varlıqdır. İnsanın güc yetirə bildiyi hər şey Allahın ona lütfü və qüvvət verməsi ilə reallaşır. Allahın bizlərə öyrətdikləri sayəsində ətrafımızdakı hər şeyi qəbul edə bilir və bu şəkildə həyatımızı davam edə bilirik.

Möminlər, Allahın aciz qulu olduqlarının şüurundadırlar. Buna görə sahib olduqları ağıl, məlumat və qabiliyyətləri özlərindən bilməzlər. Kainatdakı bütün elmlərin, mülkün və hökmün gerçək sahibinin aləmlərin Rəbbi olan Allah olduğunu hər zaman bilir, hər işlərində Allaha yönəlirlər. Rəbbimizə qarşı boyun əyir, təslimiyyətli davranır, tərifi daim onu yaradan Allaha yönəldir və dayanmadan Onu ucaldıb zikr edirlər.

Hiç yorum yok:

Yorum Gönder