KƏHF SURƏSİ 8


(Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Kəhf surəsi, 8)

Yer üzündəki bütün gözəllik və zənginliklər insanları sınamaq üçün Allahın yaratdığı müvəqqəti faydalanılacaq nemətlərdir. Bu ayədə isə Rəbbimiz, insanlara sahib olduqları nemətləri nə qədər qiymətli, nə qədər ehtişamlı, nə qədər gözəl olursa olsun bunların hamısının şübhəsiz quru bir torpağa çevriləcəyini xatırlatmaqdadır.

Allah istəsə, dünya həyatının bəzəklərinə qapılıb Allahın varlığını unudan insanların əllərindəki bütün varlıqlarını bir anda alar, onları yoxluq içində buraxa bilər. Allah hər şeyə gücü çatandır. İstədiyini zəngin edər, istədiyini yoxsul. Bütün mülkün sahibidir və mülkü istədiyinə verər. Bu gerçək, Quranın bir çox ayəsində bildirilmişdir.Bu ayələrdən bir neçəsi belədir:
Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər. O, hər şeyi biləndir! (Şura surəsi, 12)
Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və (istədiyininkini də) azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!(Rum surəsi, 37)
Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi (yerli-yerində) biləndir!(Ənkəbut surəsi, 62)

Hiç yorum yok:

Yorum Gönder