BƏQƏRƏ SURƏSİ 117


Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: "Ol !" -deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)

Bu ayədə Allahın "Bedi" (nümunəsiz olaraq yaradan) olduğu və Yaradan olmasının  üstünlüyü bildirilmişdir. Allah kainatı, içində yaşadığımız Dünyanı, göylərdə və yerdə gördüyümüz hər detalı qüsursuzca Yaradandır.

Bəqərə surəsi, 32

Quranda Allahın mələklərə yer üzündə xəlifə yaratdığını və ona adların hamısını öyrətdiyi xəbər verilmişdir. Bu səbəbdən mələklər Allahın ağlını, elmini, gücünü və böyüklüyünü tərifləyib ucaldaraq zikr edirlər. Mələklərin zikrində olduğu kimi Allah sonsuz hikmət və elm sahibidir. İnsanın da Allahın özünə öyrətdiyi xaricində heç bir məlumatı yoxdur. Yəni, bir kimsənin hər hansı elmə sahib olması özündən deyil, Allahın həmin insana qədərində bir elmi lütf etməsinin nəticəsidir. Allah dilədiyi insana bu neməti dilədiyi qədər verir. Mələklərin, ayədə xəbər verilən sözləri bu gerçəyi açıq şəkildə ifadə edir.

Hud surəsi, 3


Allah bu ayədə Ondan içi titrəyərək qorxan, səhvlərindən və günahlarından ötrü bağışlanma diləyib, tövbə edən saleh möminləri, dünya həyatında ən gözəl şəkildə nemətləndirəcəyini və onlara lütfkarlıq edəcəyini bildirmişdir. Ayədə həmçinin bağışlanma istəməyin nemət verilməsinə səbəb olacağına işarə edilmişdir.

Tövbə surəsi, 109


Bu ayədə Allah, Allah qorxusu və razılığı üzərinə qurulmayan həyatın boş təmələ söykəndiyini, məhv olmağa və bitməyə məhkum olduğunu bir bənzətmə ilə xəbər vermişdir. Eyni zamanda binasının təməlini möhkəm quran insanların var olduğunu bildirmişdir. Allahın razılığını, rəhmətini və Cənnətini qazanmaq istəyən insan əvvəlcədən  binasını möhkəm təməl üzərində qurmalıdır. Bir insan Quran ayələrini özünə rəhbər etdiyində və Peyğəmbərimizin (s.ə.v.) əxlaqını nümunə götürdüyündə, doğru olan yola yönəlir.

NƏHL SURƏSİ 53

Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! (Nəhl surəsi, 53)

Şükr, hər şeyin Allahdan gəldiyini bilən insanın Allaha olan sevgisini, təşəkkürünü göstərən ibadətdir. Gün ərzində Rəbbimizə şükr etməmiz üçün bir çox səbəb var.
Yatdığınız yerdən sizi oyandırıb, təkrar can verən Allahdır.
Səhər oyandığınızda nəfəs ala biləcəyiniz havanı var edən Allahdır.
Oyandığınızda görmənizi təmin edən, işığa səbəb olan Günəşi yaradan Allahdır.

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mülk surəsi, 2)



Allah, kainatda var olan hər şeyi müəyyən məqsəd üçün yaratmış və bu ayədə insanın yaradılışındakı məqsədi açıqlamışdır. Dünya müvəqqəti imtahan yeridir. Həm bütün insanların, həm də dünyanın Allah Qatında təyin olunmuş olan sonu vardır. İnsanlar, onlara verilən qısa ömrü Allahın təyin etdiyi və Quranda onlara göstərilən qaydalara görə yaşamağa çalışmalıdırlar. Burada etdiklərinin qarşılığını isə axirətdə görəcəklər.

Allah insanları sınamaq üçün həyatı yaratmış və onları dünyaya müvəqqəti yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi sınamaqda, iman edənlərlə inkarçıların müəyyən olunması, inananların pisliklərdən təmizlənməsi və Cənnət əxlaqına çatması üçün həyat vermişdir.

Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?! (Maidə surəsi, 50)



Ayədə tək hökm verənin Allah olduğu xəbər verilir. İman edənlər üçün tək yol göstərici Allahın elçiləri və Allahın sözü olan Qurandır. Quranda inananların; "O, hər şeyin Rəbbi olduğu halda, mən Allahdan başqa bir Rəbmi istərəm?" (Ənam Surəsi, 164) dedikləri bildirilir.
İman edənlər hər zaman Allahın əmrlərinə görə hərəkət edir, Quranda qadağan edilmiş hər cür düşüncə və hərəkətdən uzaq dururlar. Hər hansı bir işi edən zaman, ya da bir qərar verən zaman o mövzu haqqında Allahın nə əmr etdiyini düşünür, dərhal Quran ayələrinə və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə müraciət edirlər. Öz ehtiras və istəklərinə, içində yaşadıqları cəmiyyətin batil ənənələrinə ya da atalarının adətlərinə görə deyil, yalnız Allahın buyruqlarına görə hərəkət edirlər.