qədər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
qədər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

QƏMƏR SURƏSİ, 49



Allah, bu ayəsində bizə hər bir şeyi qədərlə yaratdığını bildirir. Allah, canlı-cansız bütün varlıqları qədərlə yaratmışdır. Allahın təyin etdiyi bu qədərdən başqa heç bir varlığın yaxşılığa ya da pisliyə mane olmağa, ya da əksini etməyə gücü çatmaz.

Qədər, Allahın yaratdığı hər canlının keçmişdə etdiyi və gələcəkdə edəcəyi hər şeyi, hər hərəkəti, düşüncəni ən incə detalına qədər bilməsi və nəzarət etməsidir. İnsanlar doğulmadan öncə, həyatı boyu görəcəkləri və yaşayacaqları hər şey, Allah Qatında təyin olunmuş və planlanmışdır. İnsan, həyatı boyu Allahın onun üçün dilədiyi və yaratdığı hadisələrlə qarşılaşır və Allahın dilədiyi şəkildə həyatını davam etdirir. Allah bu həqiqəti Qəmər surəsi 52 və 53-cü ayəsində belə bildirmişdir:

"Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! (Qəmər surəsi 52-53)