Din əxlaqından uzaq yaşayan bəzi insanlar, dünya həyatını nemətlər içində keçirə bilər, dünyada arzuladığı hər şeyə - zənginliyə, gözəlliyə, şan-şöhrətə, bir sözlə hər cür imkana sahib ola bilər. Ancaq Rəbbimizin Quranda bildirdiyi kimi, bunların heç biri onlara xeyir qazandırmaz, onlar üçün sözün əsl mənasında nemətə çevrilməz. Allah, bütün bunları onların dünyada və axirətdə dadacaqları əzabın şiddətini daha da artması üçün vermişdir. Allah onlara nemət versə də, bu nemətlərdən zövq alacaq ruhu yaşamalarına icazə verməmişdir. Bu səbəbdən bu insanlar dünya həyatının bütün gözəlliklərini əldə etsələr də, "nemət içində məhrumiyyət" yaşayırlar. Bir insanın, istədiyi hər şeyə sahib olması, ancaq bunlardan həqiqi mənada zövq ala bilməməsi böyük əzabdır. Halbuki, din əxlaqına sahib olsalar, bu nemətlərdən çox dərin zövq alarlar.
