Ayədə, Allah qorxusunun əhəmiyyəti bildirilmişdir. Quran əxlaqı, Allah rizası və qorxusu üzərinə qurulmuşdur. Allahdan lazım olduğu kimi qorxanlar və yalnız Allahın razılığını axtaranlar din əxlaqını səmimi olaraq yaşaya bilərlər.
"Allahdan necə qorxub çəkinmək lazım olduğu", Quranda çox açıq və ətraflı olaraq xəbər verilmişdir. Möminin Allah qorxusu; * Çox dərin və hörmət dolu qorxudur.
* Digər qorxular kimi insana əzab verən qorxu deyil. Əksinə, insana qulluğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açıb inkişaf etdirən, insanı üstün əxlaq səviyyəsinə çatdıran və Allaha yaxınlaşdıran hörmət dolu qorxudur.
