Allah Quranın bu ayəsində, ancaq Ondan qorxub çəkinənlərə xüsusi anlayış verəcəyini bildirmişdir. Doğrunu səhvdən ayıran bu anlayış şübhəsiz ki, "ağıl"dır. Lakin Allah, ağılı insanlara ancaq səmimi iman ilə birlikdə verir. Qurana görə ağıl insanlara çox üstün həyat tərzi, çox yüksək qavrayış və düşünmə qabiliyyəti bəxş edir. Bunun isə çox böyük nemət olduğu bildirilmişdir. Ağıl, Allahın insanlar üçün təyin etdiyi və zaman keçdikcə insanı ən mükəmməl nəticələrə çatdıran vasitədir. İnsanın Quran əxlaqını yaşamasından və Allah qorxusunu hiss etməsindən qaynaqlanan üstünlükdür. Ağıllı insan qarşılaşdığı hadisələrdə bir çox insanın görə bilmədiyi detalları görə bilir, incə diaqnozlar edə bilir, hadisələrdən ən doğru və ən hikmətli nəticələri çıxara bilir.
