Hud surəsi, 3


Allah bu ayədə Ondan içi titrəyərək qorxan, səhvlərindən və günahlarından ötrü bağışlanma diləyib, tövbə edən saleh möminləri, dünya həyatında ən gözəl şəkildə nemətləndirəcəyini və onlara lütfkarlıq edəcəyini bildirmişdir. Ayədə həmçinin bağışlanma istəməyin nemət verilməsinə səbəb olacağına işarə edilmişdir.

Mömin, özünü yaradan Allahın böyüklüyünün şüurunda olduğunu, Onun əmr və qadağalarına riayət etdiyinin, səhvlərindən ötrü bağışlanma istədiyinin, Allahın razılığını qazanmaq üçün yaşadığı və Cənnəti ümid etdiyi üçün daim Allahın köməyi və lütfkarlığı ilə qarşılıq görür. Allah qullarının bütün xeyirli əməllərinə ən gözəl şəkildə cavab verir. Çünki Allah Özü üçün edilən heç bir lütfkarlığı qarşılıqsız buraxmır.

Allahdan bağışlanma diləmək, tövbə etmək saleh mömin xüsusiyyətidir. Bu davranışlar möminin Allah qarşısında nə qədər aciz və zəif olduğunun fərqində olduğunun da bir ifadəsidir. Çünki iman edənlər səhvləri və əskiklikləri olduğunu və dünya həyatı boyunca da səhv edə biləcəklərini bilir və bundan ötrü Allahın rəhmətini istəyirlər. Mömin, imanı artdıqca öz səhvlərini daha yaxşı fərq etməyə başlayır. İçində olduğu vəziyyəti daha dəqiq qavradığı, Allah qorxusu çox daha artdığı üçün, bir tərəfdən səhvlərini düzəltməyə, təkrarlamamağa çalışarkən bir tərəfdən də səhvləri üçün davamlı olaraq bağışlanma istəyir. Şüurlu möminin göstərməsi vacib olan davranış da elə budur.
Ayənin sonunda isə Allaha iman etməyən insanların axirətdə böyük əzabla qarşılaşacaqları xəbər verilmişdir.

Hiç yorum yok:

Yorum Gönder