NƏHL SURƏSİ 97

Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.(Nəhl surəsi, 97)

Rəb­bi­miz, bütün in­san­la­ra dün­ya ha­ya­tın­da lü­tf edir, on­la­rı əsir­gə­yir ve ba­ğış­la­yır. Al­lah bu ayədə qeyd etdiyi kimi, kişi ve ya qa­dın bütün həyat­la­rı­nı Onun ra­zı qalacağı şəkildə keçirən, Ondan qorxan, Qu­ran hökümlərini yerinə yetirən və din ax­la­qı­nın ya­yıl­ma­sı üçün ge­ce gün­düz fik­ri mübarizə aparan sa­leh qul­la­rı­na həm dün­ya­da, həm də axi­rət­də çox gö­zəl ha­yatla müjdələmişdir.

Mö­min­lər hətta dünyada yaşayarkən belə Cən­nətin oxşarı olan rahat həyatla şərəfləndirilmişlər. Axi­rə­tini düşünərək hər vəziyyətdə din əxlaqına uyğun ya­şa­yan insan əs­lin­da dün­ya­da da ən gözəl və ra­hat həyatı yaşayar. Çün­ki, mömin insanın ya­radılışına uy­gun ya­şam tər­zi bu­dur. Mö­min­lər Al­lahın onların üzərindəki rəh­mə­ti­ni, qorumasını anladıqları və din əxlaqını ya­şa­dıqla­rı üçün, dün­ya ha­ya­tı­nın hər anın­dan zövq alır­lar. Al­lah ona tərəf yönələn, Onun qul­la­rı üçün se­çib bəyəndiyi əxlaqı yaşayan hər mö­mi­ni əsl xoşbəxtliyə çatdırır. Al­lah mömin­lə­rə sə­mi­mi, tərəddüd etmədən axirət yurdunu  düşündükləri üçün onlara daima ruzi verir, gö­zəl və tə­miz ne­mət­lər için­de ya­şa­dır. Bu ne­mət­lər isə iman edən­lə­rin Al­laha şük­r e­dib, Onu an­ma­la­rı­na və­si­lə olur.

Yaxşılıq edən  in­san­lar, qısa ömürdə  etdikləri yaxşılıqların əvəzində axirətin sonsuz gözəllilərini görəcəklər. Əl­bət­tə cən­nət bənzərsiz ehtişamı, gözəlliyi və son­suz nemətləri ilə Rəbbimizin qullarına olan böyük mükafatıdır. Rəbbimizin qullarına etdiyi ehsanının,rəhmətinin ve sevgisinin çox dəyərli təcəllisidir.

2 yorum:

  1. salam aleykun Allah sizden razi olsun bu saitler göre men bu shekilleri öz sehfemde paylash maq isteyirem halalliq verirsiniz

    YanıtlaSil
  2. əl-Kovser haqdada imkan olsa paylaşın

    YanıtlaSil