İBRAHİM SURƏSİ 32-34


Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır! (Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 32-34)

Yuxarıdakı ayələrdə Allah, göylərin və yerin Yaradıcısı olduğunu, böyük nemət olan suyu insanlara xüsusi olaraq endirdiyini bildirmişdir. Hər an milyonlarla kub metr su okeanlardan atmosferə, oradan da quruya daşınır, torpaq da bu su sayəsində bol-bol məhsul verir. Allahın böyük neməti olan bu nəhəng su dövranı sayəsində insanlar ehtiyaclarını qarşılayıb, həyatlarını rahatlıqla davam etdirə bilirlər.

Ayədə həmçinin gəmilərin dənizlərdə üzməsində, Allahın insanlara verdiyi nemət olduğunu nəzə çatdırmışdır. Suyun insanların əmrinə verilməsi əlbəttə Allahın insanlara böyük lütfüdür. Su, Allah istədiyi üçün daşıma qüvvəsinə malikdir, gəmilər Allah istədiyi üçün suyun üzərində üzə bilir.

Ayənin davamında kainatdakı canlı-cansız bütün varlıqların Allahın hakimiyyəti altında olduğu bildirilmişdir. Allah kainatı insanın həyatı üçün yaratmış, Günəşi, Ayı, gündüzü və gecəni insan üçün ‘əmrə tabe' etmiş və onu müxtəlif nemətlərlə zənginləşdirmişdir.

Allah  ayədə qullarına istədikləri hər şeyi verdiyini bildirmişdir. Allahın dünya həyatında insanlara təqdim etdiyi gözəlliklərə diqqət çəkilmiş və bu nemətlərin saymaqla bitirə bilməyəcək qədər çox və müxtəlif olduğu xatırladılmışdır. Səmadan dənizin dərinliklərinə qədər hər yer saymaqla bitirə bilməyəcəyimiz mükəmməllikdə detallarla doludur. Ancaq bəzi insanlar bu qədər nemətə və gözəlliyə baxmayaraq Allahı lazımi qədər təqdir etmir və Rəbbimizin verdiyi nemətlərə nankorluq edirlər. Halbuki, insana düşən Allahın onun üçün yaratdığı saysız nemətlərə şükr etmək və dünyada keçirəcəyi zaman boyunca Allahın onun üçün seçib bəyəndiyi əxlaqı yaşamaqdır.

Hiç yorum yok:

Yorum Gönder