BƏQƏRƏ SURƏSİ 117


Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: "Ol !" -deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)

Bu ayədə Allahın "Bedi" (nümunəsiz olaraq yaradan) olduğu və Yaradan olmasının  üstünlüyü bildirilmişdir. Allah kainatı, içində yaşadığımız Dünyanı, göylərdə və yerdə gördüyümüz hər detalı qüsursuzca Yaradandır. Allah sonsuz qüvvət və qüdrət sahibidir. Ayədə də bildirildiyi kimi Rəbbimiz bir şeyin, ya da bir işin olmasını istədiyi zaman ona yalnız ‘Ol' deyər, o da dərhal olar. (Bəqərə Surəsi, 117) Şübhəsiz bu, Allahın gücünün, kainat üzərindəki hakimiyyətinin açıq-aşkar  təcəllisidir.

Allah, insanların Öz böyüklüyünü qavraya bilmələri üçün kainatdakı nizamı, saysız detallarla birlikdə yaratmışdır. Quranda Allahın var etdiyi bu nizamın mükəmməlliyi bildirilərkən, "…sizin həqiqətən Allahın hər şeyə qadir olduğunu və həqiqətən Allahın elmi ilə hər şeyi etiva etdiyini bilməniz öyrənməniz üçün" (Talaq Surəsi, 12) şəklində buyurmuşdur. Kainatdakı qüsursuz nizam elə mükəmməlliklərlə doludur ki, Allah bunları Öz böyüklüyünü və üstün gücünü düşünməyimiz üçün yaratmışdır.

İnsanlar yer üzündə bəzi səbəb-nəticə əlaqələrinə asılı olaraq yaşayırlar. Məsələn, yer səthində sabit dayana bilmələri üçün yerin cazibəsinə, gəmilərini suda üzə bilməsi üçün suyun səthigərilmə qüvvəsinə və daha saysız qanundan asılıdırlar. Halbuki, Allah bütün bunlardan münəzzəh (uzaq) olandır. Çünki bütün səbəbləri və bunlardan doğan bütün nəticələri yaradan Odur. Allah, hər şeyi müəyyən qanunlar, səbəb-nəticə əlaqələri içində yaratmış və bu şəkildə insanları sınamaqda, kimin həqiqətən Ona qulluq edəcəyini, kimin də başqa ilahlar əldə edərək inkar edəcəyini (Allahı tənzih edirik) təyin etmişdir:

Ancaq ifadə etmək lazımdır ki, şübhəsiz ki, Allahın yaratmaq üçün səbəblərə ehtiyacı yoxdur. Ayədə də xəbər verildiyi üzrə Allah ‘Ol' dedikdən sonra reallaşmayacaq heç bir hadisə yoxdur.

Hiç yorum yok:

Yorum Gönder