NƏHL SURƏSİ 53

Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! (Nəhl surəsi, 53)

Şükr, hər şeyin Allahdan gəldiyini bilən insanın Allaha olan sevgisini, təşəkkürünü göstərən ibadətdir. Gün ərzində Rəbbimizə şükr etməmiz üçün bir çox səbəb var.
Yatdığınız yerdən sizi oyandırıb, təkrar can verən Allahdır.
Səhər oyandığınızda nəfəs ala biləcəyiniz havanı var edən Allahdır.
Oyandığınızda görmənizi təmin edən, işığa səbəb olan Günəşi yaradan Allahdır.
Aciz şəkildə qalxdığınızda təmizlənmənizi təmin edən suyu, sabunu, diş pastasını yaradan Allahdır.
Günə güclü enerji ilə başlamanızı təmin edən təmiz və faydalı qidaları yaradan, bunları bədəninizə faydalı hala gətirən Allahdır.
İşinizə qısa zamanda çatmanızı təmin edən avtomobil, avtobus, taksi, gəmi kimi vasitələri yaradan Allahdır.
Dolanışığınızı təmin etmək üçün işinizi yaradan Allahdır.
Ruzinizi verən, pul qazanmanızı diləyən Allahdır.
Yemək ehtiyacını hiss etdiyinizdə növ növ yeməklərin olduğu marketləri, ləzzətli yeməkləri, restoranları əmrinizə verən Allahdır.
Gün içində sizə faydalı olan hər cür hadisəni yaradan və nəzarət edən Allahdır.
Daha çox sadalaya biləcəyimiz bu nümunələri, qısacası hər anınızı bilən, görən, xəbərdar olan, sizə bütün ehtiyaclarınızı çatdıran Rəbbimiz olan Allahdır. Yaşadığımız hər an şükr etmək üçün vəsitədir.

1 yorum: