Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?! (Maidə surəsi, 50)



Ayədə tək hökm verənin Allah olduğu xəbər verilir. İman edənlər üçün tək yol göstərici Allahın elçiləri və Allahın sözü olan Qurandır. Quranda inananların; "O, hər şeyin Rəbbi olduğu halda, mən Allahdan başqa bir Rəbmi istərəm?" (Ənam Surəsi, 164) dedikləri bildirilir.
İman edənlər hər zaman Allahın əmrlərinə görə hərəkət edir, Quranda qadağan edilmiş hər cür düşüncə və hərəkətdən uzaq dururlar. Hər hansı bir işi edən zaman, ya da bir qərar verən zaman o mövzu haqqında Allahın nə əmr etdiyini düşünür, dərhal Quran ayələrinə və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə müraciət edirlər. Öz ehtiras və istəklərinə, içində yaşadıqları cəmiyyətin batil ənənələrinə ya da atalarının adətlərinə görə deyil, yalnız Allahın buyruqlarına görə hərəkət edirlər.
Allahı tək hökm verən olaraq qəbul etməyən, Allahın hökmlərinə qarşı çıxan və ya Onun əmrlərindən kənar hökmlər qoyan insanlar doğru yoldan azmış insanlardır. (Allahı tənzih edirik)Bu insanlar cəmiyyətdə geniş şəkildə qəbul edilən batil qaydaları (Allahı tənzih edirik) Allahın hökmlərindən üstün tuturlar. Hətta vicdanları qəbul etsə də, qürurlarından və romantik hisslərindən ötrü ən gözəl və ən doğru olan hökmü qəbul etmirlər. Bəzi insanların bu yanlış dünyagörüşləri, Allahın dinini qəbul etmələrinə və iman etmələrinə daim mane olmuşdur. Halbuki, Quran əxlaqına uyğun gəlməyən hər düşüncə və hər hərəkət səhvdir. Quranda qeyd edildiyi kimi, insanlar axirətdə Allahın hökmlərindən sorğuya çəkiləcəklər.
İman edən insan üçün, bütün insanların hansı inanca sahib olduqları, ya da dinlərini necə yaşadıqları əhəmiyyətli deyil. Əhəmiyyətli olan, Allahın Quranda insanlara bildirdikləri və Peyğəmbərimizin (s.ə.v) buyurduqlarıdır. Quran endirildiyi dövrdə, Allah insanların bir çoxunun batil inanclarını aradan qaldırmışdır. İnsanların o dövrdə söylədikləri sözlər, atdıqları böhtanlar və  pis rəftarları Peyğəmbərimizin (s.ə.v) din əxlaqını yaşamasına mane olmamışdır. Müasir dövrdə də iman edənlər, Allaha, Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə möhkəm bağlanmalı, Allahın Quranda bildirdiklərindən kənara çıxmamalıdırlar.

Hiç yorum yok:

Yorum Gönder