İnsanlar (mö’minlər) yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mö’min olduğunu ayırd edib bilək!) (Ənkəbut surəsi, 2)



Bu ayədə Allah, "iman etdim" deyən qullarını dünya həyatında sınayacağını bildirmişdir. Allah insanlardan həqiqi və səmimi iman istəyir. Bu isə insanın təkcə "mən inandım" deməsi ilə kifayətlənmir. İnsanın dünyadakı vəzifəsi Allaha və axirətə iman etmək, Quranda ifadə edildiyi kimi gözəl əxlaq sahibi insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun məmnuniyyətini qazanmağa çalışmaqdır. Buna görə də, hər insan Allaha və Onun dininə həqiqətən inandığını, şeytanın onu azdırmaq üçün göstərəcəyi bütün səylərə baxmayaraq doğru yoldan dönməyəcəyini göstərməlidir. Eyni şəkildə inkarçılara uymayacağına, öz nəfsinin ehtiraslarını Allahın razılığına dəyişməyəcəyini də isbat etməlidir. Bunu isə qarşılaşdığı hadisələrdə göstərdiyi reaksiyalar ilə ortaya qoyacaqdır. Allah, din əxlaqını yaşamağı qəbul edən insanın qarşısına səbr etməsi lazım olan bəzi çətinliklər çıxaracaq və bunlara qarşı göstərdiyi münasibət ilə onu sınayacaq.

Hiç yorum yok:

Yorum Gönder