Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! (Ali-İmran surəsi, 102)



Ayədə, Allah qorxusunun əhəmiyyəti bildirilmişdir. Quran əxlaqı, Allah rizası və qorxusu üzərinə qurulmuşdur. Allahdan lazım olduğu kimi qorxanlar və yalnız Allahın razılığını axtaranlar din əxlaqını səmimi olaraq yaşaya bilərlər.
"Allahdan necə qorxub çəkinmək lazım olduğu", Quranda çox açıq və ətraflı olaraq xəbər verilmişdir. Möminin Allah qorxusu;
     * Çox dərin və hörmət dolu qorxudur.
    * Digər qorxular kimi insana əzab verən qorxu deyil. Əksinə, insana qulluğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açıb inkişaf etdirən, insanı üstün əxlaq səviyyəsinə çatdıran və Allaha yaxınlaşdıran hörmət dolu qorxudur.
    * Möminin axirətə olan həsrətini artıran, ümid və şövqünü artıran, onu pisliklərdən uzaqlaşdırıb, Allahın razılığına, rəhmətinə və Cənnətinə yaxınlaşdıran, bundan ötrü də çox böyük mənəvi həzz ehtiva edən duyğudur.
    * Mömini, Allahın sərhədlərini qorumada, Allahın razılığını axtarmada son dərəcə yüksək şüura və məqama çatdırır.

Mömin Allahdan qorxarkən Allahın şəfqətini, mərhəmətini, bağışlayıcılığını, Onun nemətlərə lütf edən, tövbələri qəbul edən olduğunu da fikrindən çıxarmır. Bu da, hiss etdiyi dərin qorxu ilə birlikdə, bir tərəfdən də içində çox güclü ümidin yaranmasına səbəb olur. İçindəki Allah qorxusu, Allahın bu sifətlərini də çox dərin və geniş şəkildə təfəkkür etməsinə, Allahın üstünlüyünü və böyüklüyünü daha çox təqdir edə bilməsinə, bu səbəbdən Allaha daha çox yaxınlaşmasına səbəb olur. Allahın mərhəmətinin, şəfqətinin, bağışlamasının böyüklüyünü daha yaxşı idrak edir.

Ayənin davamında Rəbbimiz qullarını həyatlarının son anına qədər müsəlman əxlaqına uyğun yaşamalarını bildirmişdir. Yalnız Allahdan qorxan, yalnız Allahı məmnun etməyə çalışan, hər zaman vicdanları ilə hərəkət edən, Quranda bildirilən gözəl əxlaqı yaşayan, daim Allahın sərhədlərini qoruyan, hər vəziyyətdə Rəbbimizə yönələn möminləri, Allahın izni ilə heç bir şərt ya da hadisə həqiqi məqsədindən azdıra bilməz, din günü hesabını verə bilməyəcəkləri şeyi əsla etməzlər.

Hiç yorum yok:

Yorum Gönder