Tövbə surəsi, 109


Bu ayədə Allah, Allah qorxusu və razılığı üzərinə qurulmayan həyatın boş təmələ söykəndiyini, məhv olmağa və bitməyə məhkum olduğunu bir bənzətmə ilə xəbər vermişdir. Eyni zamanda binasının təməlini möhkəm quran insanların var olduğunu bildirmişdir. Allahın razılığını, rəhmətini və Cənnətini qazanmaq istəyən insan əvvəlcədən  binasını möhkəm təməl üzərində qurmalıdır. Bir insan Quran ayələrini özünə rəhbər etdiyində və Peyğəmbərimizin (s.ə.v.) əxlaqını nümunə götürdüyündə, doğru olan yola yönəlir.
Şübhəsiz ki, din əxlaqı Allah qorxusu və razılığı üzərinə qurulmuşdur. Ancaq Allahdan lazımınca qorxanlar və yalnız Allahın razılığını axtaranlar, din əxlaqını səmimi olaraq yaşaya bilərlər. Allahın izni ilə, heç bir şərt ya da hadisə səmimi  mömini əsl məqsədindən azdıra bilməz, din günü hesabını verə bilməyəcəyi şeyə əsla yönəltməz. Allah qorxusu, insanın həm imanının göstəricisi, həm də onun əbədi həyatını təyin edəcək çox əhəmiyyətli xüsusiyyətdir. Çünki insan, ancaq lazımınca Allahdan qorxub çəkinsə axirət günü cəhənnəm əzabından xilas olub sonsuz Cənnət həyatına qovuşmağı ümid edə bilər.

1 yorum:

  1. Çox təşəkkür edirəm, ALLAH sizdən razı olsun oxudum və çox bəyəndim çünki bu haqda məlumatım çox az idi, gələcək layihələrinizdə sizə uğurlar arzulayıram saytınızı çox bəyəndim

    YanıtlaSil