Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax! Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının üstünü alacağımızı düşünmürlər!) (Muminun surəsi 54-56)


Din əxlaqından uzaq yaşayan bəzi insanlar, dünya həyatını nemətlər içində keçirə bilər, dünyada arzuladığı hər şeyə - zənginliyə, gözəlliyə, şan-şöhrətə, bir sözlə hər cür imkana sahib ola bilər. Ancaq Rəbbimizin Quranda bildirdiyi kimi, bunların heç biri onlara xeyir qazandırmaz, onlar üçün sözün əsl mənasında nemətə çevrilməz. Allah, bütün bunları onların dünyada və axirətdə dadacaqları əzabın şiddətini daha da artması üçün vermişdir. Allah onlara nemət versə də, bu nemətlərdən zövq alacaq ruhu yaşamalarına icazə verməmişdir. Bu səbəbdən bu insanlar dünya həyatının bütün gözəlliklərini əldə etsələr də, "nemət içində məhrumiyyət" yaşayırlar. Bir insanın, istədiyi hər şeyə sahib olması, ancaq bunlardan həqiqi mənada zövq ala bilməməsi böyük əzabdır. Halbuki, din əxlaqına sahib olsalar, bu nemətlərdən çox dərin zövq alarlar.


Bu həqiqiət möminlərin həyatında daha çox diqqəti cəlb edir. Möminlər heç vaxt ruhdan düşmürlər. Əksinə, gün keçdikcə ruhlarındakı dərinliyin artması ilə, nemətlərin qiymətini daha da yaxşı dərk edirlər. Hər keçən gün daha çox zövq almağa başlayır, bunların hər birini Allahın rəhmətinin, sevgisinin və lütfünün təcəlliləri olaraq görürlər.

Hiç yorum yok:

Yorum Gönder