"Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq” (Qəmər surəsi 49)


Allah, bu ayəsində bizə hər bir şeyi qədərlə yaratdığını bildirir. Allah, canlı-cansız bütün varlıqları qədərlə yaratmışdır. Allahın təyin etdiyi bu qədərdən başqa heç bir varlığın yaxşılığa ya da pisliyə mane olmağa, ya da əksini etməyə gücü çatmaz.

Qədər, Allahın yaratdığı hər canlının keçmişdə etdiyi və gələcəkdə edəcəyi hər şeyi, hər hərəkəti, düşüncəni ən incə detalına qədər bilməsi və nəzarət etməsidir. İnsanlar doğulmadan öncə, həyatı boyu görəcəkləri və yaşayacaqları hər şey, Allah Qatında təyin olunmuş və planlanmışdır. İnsan, həyatı boyu Allahın onun üçün dilədiyi və yaratdığı hadisələrlə qarşılaşır və Allahın dilədiyi şəkildə həyatını davam etdirir. Allah bu həqiqəti Qəmər surəsi 52 və 53-cü ayəsində belə bildirmişdir: "Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! (Qəmər surəsi 52-53)

Allahın ayələrdə bildirdiyi kimi, bütün insanlar Rəbbimizin təyin etdiyi qədərlə, Allahın nəzarəti və hakimiyyəti altında həyatlarını davam etdirir. Bu səbəbdən, insanın qədərdən kənara çıxması mümkün deyil. Bəzi insanlar, hadisələri doğru qiymətləndirmədikləri üçün, qarşılaşdıqları hər hadisəyə mənfi gözlə baxaraq ümidsiz və bədbin olurlar. Bundan xilas olmağın tək yolu isə qədərə təslim olaraq, hadisələrdəki hikmətləri görməyə çalışmaqdır.

Hiç yorum yok:

Yorum Gönder