İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli olacağını bilərdilər.(Bəqərə surəsi, 165)


Rəbbimiz bu ayədə, möminlər və iman etməyənlər arasındakı sevgi anlayışının fərqli olduğunu bildirmişdir. Ayədə bildirildiyi kimi, insanların bir qisimi (Allahı tənzih edirik) Allaha şərik qoşur, digər varlıqları Allah kimi sevirlər. Quran əxlaqından uzaq yaşayan insanlar, sevginin əsl qaynağı olan (Allahı tənzih edirik) Allahı sevmək əvəzinə, bu sevgilərini Onun təcəllisi olan varlıqlara yönəldirlər. Halbuki bu, Allahın əsla bağışlamayacağını xəbər verdiyi (Nisa surəsi, 48) və Quranda şərik qoşmaq olaraq bildirilən yanlış sevgi anlayışıdır. İman kamilliyinə sahib möminlərin ürəklərindəki sevginin əsl qaynağı, Allaha olan dərin sevgiləridir.

Möminlər, hər hansı bir insanın, maddənin ya da canlının əslində özünə aid gücü ya da gözəlliyi olmadığını bilirlər. Bunların hamısını, sahib olduqları bütün xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini yaradıb göstərə bilməz.
Bir insanın üzündəki gözəlliyi, ya da bir heyvanın sahib olduğu sevimliliyi yaradan və əcəlləri gəldiyində hamısını yox edən Allahdır. Buna görə də mömin, qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bilərək sevir. Bu səbəbdən əsl sevgisi, bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha yönəlmişdir.

Möminlərin Allaha olan sevgiləri, dünyada heç bir varlığa hiss edilə bilməyəcək qədər coşğulu və ürəkləri fərəhlə dolduran güclü bir hissdir. Çünki möminlər, Allahın bəxş etdiyi nemətləri, Onun hər şeyə gücü çatdığını və bütün kainatın tək hakimi olduğunu, hər şeyi ən gözəl və xeyirli şəkildə yaratdığını bilirlər. Bu düşüncə və Allaha mənəvi bağlılıqları, onların Allaha olan sevgilərini gücləndirir. Bu güclü sevgi, Rəbbimizin onlardan məmnun olması üçün səmimi səyə çevrilir və nəticədə, Allah möminləri Onun yaratdıqlarını sevən, onlara qarşı şəfqət və mərhəmət hiss edən, onları qorumaq, onlara xeyir və gözəllik gətirmək istəyən dünyanın ən gözəl əxlaqlı və ən xeyirli insanlarına çevirir.

Hiç yorum yok:

Yorum Gönder