Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! (Həşr surəsi, 18)



Ayədə Allah qorxusuna diqqət çəkilmiş və axirət günü insanların bu dünyada etdikləri ilə qarşılıq görəcəkləri bildirilmişdir.
Keçici dövr olan dünyanın yaradılış səbəbi Quranda bildirildiyi kimi "imtahandır". (Ənbiya surəsi, 35) Allah hər an qarşımıza çıxardığı müxtəlif hadisələrlə bizləri sınayır. Əsl yurd isə axirətdir. Hər kəs din günündə Allahın hüzurunda hesab verəcək və dünyada etdiklərinin və etməyib təxirə saldıqlarının qarşılığını görəcək. Bu səbəbdən, insanın yaşadığı hər anın çox böyük dəyəri var. Bu həqiqətin şüurunda olan möminlər, həyatlarının hər anını Allahı daha çox razı salmaq üçün səy göstərir və xeyirlərdə yarışırlar.
Ayədə də bildirildiyi kimi, möminin hər an axirəti üçün  hazırlıq görməsi və tez-tez axirəti üçün nələri təqdim edib göndərdiyinə, hansı fürsətləri qiymətləndirib axirəti qazanmağa çalışdığına nəzər yetirməsi şərtdir. İnsan səhər qalxdığı andan, axşam yatana qədər keçən hər anından məsuliyyət daşıyır, hər anın tək-tək hesabını verəcək.
Bu səbəbdən dünya həyatında nə qədər çox saleh əməl etsək axirətdə ona görə qarşılıq görəcəyimizi unutmamalıyıq.
Allah bu ana qədər yaşayan, bu an yaşayan və bundan sonra yaşayacaq olan bütün insanların həyatlarının hər saniyəsinin məlumatına malikdir. Kimin nə vaxt, harada doğulduğu və öldüyü, yaşadığı müddətdə nə etdikləri, bir sözlə bütün detallar Onun məlumatı daxilindədir. Çünki, O hər şeyin Yaradıcısıdır. Bundan əlavə, insanların hər an etdikləri, ürəklərindən keçirdikləri də Allahdan gizli qalmaz. Allah insanların ürəklərindən keçirdikləri, niyyət edib həyata keçirmədikləri, gizlicə etdikləri hər şeydən xəbərdardır.

Hiç yorum yok:

Yorum Gönder