De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”(Tövbə surəsi, 51)


Ayədə, Allahın hər şeydən xəbərdar olduğu, Ondan xəbərsiz heç nəyin baş vermədiyi və hər insanın Allahın onun üçün yazdığı qədəri yaşadığı xəbər verilir. Dünya yaranandan bu günə qədər hər iş - insanların doğulması da, ölməsi də Allahın izni ilə, Onun təyin etdiyi şəkildə və vaxtda baş verir.


Ayənin davamında möminlərin yalnız Allaha təvəkkül etməyinin lazım olduğu bildirilir. Dünyada baş verən və insanların nəfslərində yaranan hər bir vəziyyət Allahdan kənar olmadığına görə, hər zaman Rəbbimizə təvəkkül etmək, Allahın qullarından istədiyi və insanın yaradılışına ən uyğun davranışdır. Möminlər hər şeyin Allah Qatında yazılı olduğunu, Allahın yazdıqlarıdan başqa heç nəyin olmayacağını, necə, harada və hansı işlə məşğul olursa olsunlar, Allahın bunlardan xəbərdar olduğunu, sonsuz ağılla yaradılmış qədərə tabe olduqlarını bilirlər. Bu həqiqəti bilmək və qədərdə olanları rahatlıqla yaşamaq, Allaha iman etməyin gətirdiyi sonsuz gözəlliklərdən biridir.
Allahın kainatdakı bütün varlıqlar üzərindəki hakimiyyətini və özü üçün daim hər şeyin ən doğrusunu, ən gözəlini, ən xeyirlisini yaradacağını bilən mömin, bütün qəlbi ilə Ona təslim olur və buna görə də həmişə rahat olur.


Qarşılaşdıqları hər hadisəni Allahın yaratdığına və Allahın hər şeyi ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyinə iman edən möminlər, yaşanmış və ya yaşana bilən hər cür hadisə qarşısında çox səbirli və təvəkküllü davranırlar. Bu saleh davranışlarının qarşılığını da axirətdə ən gözəl şəkildə alacaqlarına ümid edirlər.

Hiç yorum yok:

Yorum Gönder