Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257)



İnsanın həm dünyada, həm də axirətdə həqiqi dostu və köməkçisi vardır. Bu dost aləmlərin Rəbbi olan Allahdır. Rəbbimiz, ayədə bu həqiqəti bildirmişdir. Allah hər çətinlikdə qulunun yanındadır və onun köməkçisidir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. İman edən qulunu hər vəziyyətdə qoruyur.

Ayənin davamında, Allah iman edən qullarını qaranlıqdan nura çıxaracağını yəni, içlərində olduqları qəflətdən qurtarıb aydınlığa qovuşduracağını müjdələmişdir. İnsan iman etmədiyi təqdirdə həyatının böyük bir hissəsini kədər, çətinlik, qısqanclıq, ümidsizlik, kin, nifrət kimi duyğular içərisində keçirir. Ancaq bu bədbin ruh halı, Allaha iman edildiyində, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olunduğunda bir anda ortadan qalxır.
Allah Quranda, Özünə iman edənləri hər cür pislikdən və yanlışlıqlardan təmizləyəcəyini xəbər vermişdir.

Rəbbimizi inkar edənlərin (Allahı tənzih edirik) dostu isə, insanları Allahın yolundan döndərməyə çalışan şeytandır. Şeytan öz dostlarını cəhənnəm oduna sürüyür. Ayənin sonunda da xəbər verildiyi kimi iman etməyənlər axirətdə sonsuz cəhənnəm əzabıyla cəzalandırılacaq və orada sonsuza qədər qalacaqlar.





Allaha iman edən və imanında səmimi olan insanlar isə, artıq məğlubiyyəti olmayan şərəfli və xeyirli bir həyatın içinə giriblər. Çünki Allah, inananlara, din əxlaqına görə yaşayanlara sözlərinə sadiq olduqları müddətcə rahat həyat nəsib edəcəkdir. İman edənlərə əsl böyük qarşılıq isə Cənnətdə veriləcək.

Hiç yorum yok:

Yorum Gönder