İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şıddətli olacağını bilərdilər.(Bəqərə surəsi, 165)


Rəbbimiz bu ayədə, möminlər və iman etməyənlər arasındakı sevgi anlayışının fərqli olduğunu bildirmişdir. Ayədə bildirildiyi kimi, insanların bir qisimi (Allahı tənzih edirik) Allaha şərik qoşur, digər varlıqları Allah kimi sevirlər. Quran əxlaqından uzaq yaşayan insanlar, sevginin əsl qaynağı olan (Allahı tənzih edirik) Allahı sevmək əvəzinə, bu sevgilərini Onun təcəllisi olan varlıqlara yönəldirlər. Halbuki bu, Allahın əsla bağışlamayacağını xəbər verdiyi (Nisa surəsi, 48) və Quranda şərik qoşmaq olaraq bildirilən yanlış sevgi anlayışıdır. İman kamilliyinə sahib möminlərin ürəklərindəki sevginin əsl qaynağı, Allaha olan dərin sevgiləridir.

Möminlər, hər hansı bir insanın, maddənin ya da canlının əslində özünə aid gücü ya da gözəlliyi olmadığını bilirlər. Bunların hamısını, sahib olduqları bütün xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini yaradıb göstərə bilməz.

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257)



İnsanın həm dünyada, həm də axirətdə həqiqi dostu və köməkçisi vardır. Bu dost aləmlərin Rəbbi olan Allahdır. Rəbbimiz, ayədə bu həqiqəti bildirmişdir. Allah hər çətinlikdə qulunun yanındadır və onun köməkçisidir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. İman edən qulunu hər vəziyyətdə qoruyur.

Ayənin davamında, Allah iman edən qullarını qaranlıqdan nura çıxaracağını yəni, içlərində olduqları qəflətdən qurtarıb aydınlığa qovuşduracağını müjdələmişdir. İnsan iman etmədiyi təqdirdə həyatının böyük bir hissəsini kədər, çətinlik, qısqanclıq, ümidsizlik, kin, nifrət kimi duyğular içərisində keçirir. Ancaq bu bədbin ruh halı, Allaha iman edildiyində, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olunduğunda bir anda ortadan qalxır.

Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)Və ancaq Rəbbinə yalvar! (İnşirah surəsi 7-8)


Allah bu ayələrdə, möminlərə dayanmadan Allahın razılığı üçün yaşamağı və cəhd etmələrini əmr etmişdir. Möminlər, imanın verdiyi şövqlə ayənin hökm etdiyi kimi Allah yolunda bir işi bitirincə dərhal bir başqa iş üçün yorulub səy göstərməyə davam edirlər. Çünki möminlər üçün boş vaxt anlayışı yoxdur.

Mömin, hər gün vaxtlı-vaxtında etdiyi ibadətlərdən əlavə, qalan vaxtını boş işlərə ayırmır. Allah, iman edənləri həyatları boyunca həm öz nəfslərini tərbiyə etməklə, həm də inkarçıların əxlaqına qarşı fikri mübarizə aparmaqla vəzifələndirmişdir. Bunun üçün bir çox vəzifələr yerinə yetirməlidirlər.. Bu ixlaslı səyin sərhədi yoxdur. Buna görə möminlər üçün bir işin bitməsi, başqa bir işin başlamasının zamanının gəldiyinin göstəricisidir.

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!) (Hücurat surəsi 11)



Allah bu ayədə, insanlara lağ etməyi qadağan etmişdir. Ayədə qadağan edilən mövzuların hər biri, Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdəki pis əxlaq xüsusiyyətləridir. Ayədə diqqəti cəlb edən əsas məsələlərdən biri də, din əxlaqını yaşamayan cəmiyyətlərin bir-birlərinə lağ etməsi, özlərini üstün görməsidir. Halbuki, Allah Qatında üstünlük dərəcəsi insanların sahib olduqları Allah qorxusu və təqvadır. Maddi güc, fiziki xüsusiyyətlər, inkişaf etmiş texnologiya və ya hər hansı dünyəvi istəklər insanların bir-birlərindən üstün olduqlarını göstərməz. İnsanların fərqli xüsusiyyətlərə sahib olması, qadın və ya kişi olması, fərqli irqlərə mənsub olması, ağ dərili və ya qara dərili olması bir üstünlük əlaməti deyil.

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”(Tövbə surəsi, 51)


Ayədə, Allahın hər şeydən xəbərdar olduğu, Ondan xəbərsiz heç nəyin baş vermədiyi və hər insanın Allahın onun üçün yazdığı qədəri yaşadığı xəbər verilir. Dünya yaranandan bu günə qədər hər iş - insanların doğulması da, ölməsi də Allahın izni ilə, Onun təyin etdiyi şəkildə və vaxtda baş verir.


Ayənin davamında möminlərin yalnız Allaha təvəkkül etməyinin lazım olduğu bildirilir. Dünyada baş verən və insanların nəfslərində yaranan hər bir vəziyyət Allahdan kənar olmadığına görə, hər zaman Rəbbimizə təvəkkül etmək, Allahın qullarından istədiyi və insanın yaradılışına ən uyğun davranışdır. Möminlər hər şeyin Allah Qatında yazılı olduğunu, Allahın yazdıqlarıdan başqa heç nəyin olmayacağını, necə, harada və hansı işlə məşğul olursa olsunlar, Allahın bunlardan xəbərdar olduğunu, sonsuz ağılla yaradılmış qədərə tabe olduqlarını bilirlər. Bu həqiqəti bilmək və qədərdə olanları rahatlıqla yaşamaq, Allaha iman etməyin gətirdiyi sonsuz gözəlliklərdən biridir.

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! (Həşr surəsi, 18)



Ayədə Allah qorxusuna diqqət çəkilmiş və axirət günü insanların bu dünyada etdikləri ilə qarşılıq görəcəkləri bildirilmişdir.
Keçici dövr olan dünyanın yaradılış səbəbi Quranda bildirildiyi kimi "imtahandır". (Ənbiya surəsi, 35) Allah hər an qarşımıza çıxardığı müxtəlif hadisələrlə bizləri sınayır. Əsl yurd isə axirətdir. Hər kəs din günündə Allahın hüzurunda hesab verəcək və dünyada etdiklərinin və etməyib təxirə saldıqlarının qarşılığını görəcək. Bu səbəbdən, insanın yaşadığı hər anın çox böyük dəyəri var. Bu həqiqətin şüurunda olan möminlər, həyatlarının hər anını Allahı daha çox razı salmaq üçün səy göstərir və xeyirlərdə yarışırlar.
Ayədə də bildirildiyi kimi, möminin hər an axirəti üçün  hazırlıq görməsi və tez-tez axirəti üçün nələri təqdim edib göndərdiyinə, hansı fürsətləri qiymətləndirib axirəti qazanmağa çalışdığına nəzər yetirməsi şərtdir. İnsan səhər qalxdığı andan, axşam yatana qədər keçən hər anından məsuliyyət daşıyır, hər anın tək-tək hesabını verəcək.

"Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq” (Qəmər surəsi 49)


Allah, bu ayəsində bizə hər bir şeyi qədərlə yaratdığını bildirir. Allah, canlı-cansız bütün varlıqları qədərlə yaratmışdır. Allahın təyin etdiyi bu qədərdən başqa heç bir varlığın yaxşılığa ya da pisliyə mane olmağa, ya da əksini etməyə gücü çatmaz.

Qədər, Allahın yaratdığı hər canlının keçmişdə etdiyi və gələcəkdə edəcəyi hər şeyi, hər hərəkəti, düşüncəni ən incə detalına qədər bilməsi və nəzarət etməsidir. İnsanlar doğulmadan öncə, həyatı boyu görəcəkləri və yaşayacaqları hər şey, Allah Qatında təyin olunmuş və planlanmışdır. İnsan, həyatı boyu Allahın onun üçün dilədiyi və yaratdığı hadisələrlə qarşılaşır və Allahın dilədiyi şəkildə həyatını davam etdirir. Allah bu həqiqəti Qəmər surəsi 52 və 53-cü ayəsində belə bildirmişdir: "Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! (Qəmər surəsi 52-53)

Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar. (Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər. (Əraf surəsi 201-202)


Yuxarıdakı ayələrdə, Allah insanları şeytandan gələ biləcək vəsvəsələrə qarşı xəbərdar etmiş və insanı buna etiraz etmək üçün düşünməyə çağırmışdır. Çünki, bir insanın Allahın ayələri və ətrafını əhatə edən yaradılış möcüzələri üzərində dərindən düşünməsi onu boş düşüncələrdən, vəsvəsədən uzaqlaşdıracaq.
Şeytan möminlərin zehinini boş düşüncələrlə əyləndirməyə çalışır. Məqsədi, iman edənləri məşğul edib, Allahın razılığını qazana biləcəkləri faydalı işlər görmələrinə maneə olmaqdır. Möminlər, hər an Allahın razılığını axtarmaq üçün səfərbərdirlər. Mömin, etdiyi hər işi, "imkanım, ağlım, gücüm, sağlamlığım yerindəykən ən yaxşısını edim ki, Allahın razılığını qazana bilim" deyə düşünür. Bu anda şeytan müxtəlif vəsvəsələrlə mömini xeyirli işlərdən döndərmək üçün ağlına girməyə çalışır. Bu vəsvəsələr axirəti unudub, dünyəvi işlərə dalan insanlarda daha təsirli olur. Çünki şeytan qürur, qısqanclıq, ehtiras, eqoizm kimi tamamilə dünyaya aid hisslərlə insanı aldadır.

Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax! Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının üstünü alacağımızı düşünmürlər!) (Muminun surəsi 54-56)


Din əxlaqından uzaq yaşayan bəzi insanlar, dünya həyatını nemətlər içində keçirə bilər, dünyada arzuladığı hər şeyə - zənginliyə, gözəlliyə, şan-şöhrətə, bir sözlə hər cür imkana sahib ola bilər. Ancaq Rəbbimizin Quranda bildirdiyi kimi, bunların heç biri onlara xeyir qazandırmaz, onlar üçün sözün əsl mənasında nemətə çevrilməz. Allah, bütün bunları onların dünyada və axirətdə dadacaqları əzabın şiddətini daha da artması üçün vermişdir. Allah onlara nemət versə də, bu nemətlərdən zövq alacaq ruhu yaşamalarına icazə verməmişdir. Bu səbəbdən bu insanlar dünya həyatının bütün gözəlliklərini əldə etsələr də, "nemət içində məhrumiyyət" yaşayırlar. Bir insanın, istədiyi hər şeyə sahib olması, ancaq bunlardan həqiqi mənada zövq ala bilməməsi böyük əzabdır. Halbuki, din əxlaqına sahib olsalar, bu nemətlərdən çox dərin zövq alarlar.

Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!) (Nəhl surəsi 99-100)



Allah ayələrində, şeytana iman edənlərin Allaha təvəkkül edənlər üzərində heç bir təsirinin ola bilməyəcəyini xəbər vermişdir. Möminlər həyatlarını, Allahın Quranda bildirdiyi hökmlər üzərində qurduqları üçün, "Ey iman edənlər, Allahdan qorxub-çəkinsəniz, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər…" (Ənfal surəsi 29) ayəsində bildirildiyi kimi şeytanın hiylələrini, onlara hansı yollarla yaxınlaşacağını Allahın izni ilə çox yaxşı görə bilirlər. Şeytana əsla fürsət vermir, hər zaman hər mövzuda vicdanlarına görə hərəkət edirlər.

Şeytanın hiyləsinin zəif olması və məcburedici gücünün olmaması, Allahın insanlar üçün yaratdığı rəhmət və asanlıqdır. Çünki, din əxlaqını yaşayan insanın qarşısında mənfi güc olaraq şeytan var. Onun zəif və gücsüz olması isə, möminlərin Quran əxlaqını yaşamaqda onlara çətinlik törətməyəcəyinin bir göstəricisidir. Ancaq, bunun üçün səmimi iman lazımdır.

De: "Pənah aparıram sübhün Rəbbinə!Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;…(Fələq surəsi 1-4)


Nə sehrin, nə də "düyünlərə üfürən qadınların" heç bir gücü və təsiri yoxdur. Kainatdakı tək güc və hökm sahibi, aləmlərin Rəbbi olan Allahdır. Mömin yalnız Allaha güvənir, yalnız Ondan mədət umur, hər cür ehtiyacını, çətinliyini Allaha deyir, Allahı dost və vəkil edir.

Bu ayələrdə axır zamana işarələr də ola bilər. Allah, sehrdən bəhs edərək, axır zamanda sehrin çoxalacağına, fala baxıb gələcəyi oxumanın yayılacağına işarə etmişdir. Axır zamanda Allahın haram etdiyi bu fitnələr, gəlir mənbəyinə çevriləcək, cadugər və falçılar insanları istismar edəcəklər. Axır zamanın bu böyük fitnəsi, Peyğəmbərimizin (s.a.v) hədislərində də xəbər verilmişdir. Bunlardan biri belədir:
Axır zamanda ümmətim haqqında ən çox hiss etdiyim narahatlıq, ulduzlara (inanmaq), qədəri yalanlamaq… (Ramıq əl-Ehadis, 1/1540)

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! (Ali-İmran surəsi 191)



Ayədə, möminlərin həyatlarının hər anında Allahı zikr etdikləri xəbər verilmişdir. Möminlər həyatlarının hər anında Allahın razılığını güdür və daima Allahı düşünürlər. Allah onları hər an eşidir, görür, ürəklərindən keçənləri bilir. Buna görə də möminlər həmişə Onu məmnun etməyə çalışırlar. Hər an onlarla Allah arasında əlaqə var. Möminlər üçün Allahı zikr etmək "ən böyük ibadət" dir. (Ənkəbut surəsi 45) Möminlər həyatları boyunca bu düşüncə ilə hərəkət edirlər. Allahı düşünərək və bu düşüncələrini dilə gətirərək Onu zikr edirlər. Allahın onlara verdiyi nemətləri tək-tək düşünür və nə qədər böyük bir rəhmət içində olduqlarını bilirlər. Bu da Allaha olan sevgilərini artırır.
Ayənin davamında möminlərin baxdıqları hər yerdə Allahın bənzərsiz yaradılışını gördükləri vurğulanmışdır. Allah kainatdakı canlı-cansız bütün varlıqları Onun üstün yaratma gücünü, sənətini, elmini dərindən təfəkkür etməyimiz üçün yaratmışdır. Bunların heç biri boş yerə yaradılmamışdır. Kainatın hər yeri Allahın yaratdığı möcüzələrlə doludur. Möminlər, bitkilərdə, heyvanlarda, dənizlərdə, səmada, kosmosda, torpaqda və ətraflarındakı hər detalda Allahın təcəllilərini görürlər.

Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə Surəsi 257)


İnsanın həm dünyada, həm də axirətdə həqiqi dostu və köməkçisi vardır. Bu dost aləmlərin Rəbbi olan Allahdır. Rəbbimiz, ayədə bu həqiqəti bildirmişdir. Allah hər çətinlikdə qulunun yanındadır və onun köməkçisidir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. İman edən qulunu hər vəziyyətdə qoruyur.

Ayənin davamında, Allah iman edən qullarını qaranlıqdan nura çıxaracağını yəni, içlərində olduqları qəflətdən qurtarıb aydınlığa qovuşduracağını müjdələmişdir. İnsan iman etmədiyi təqdirdə həyatının böyük bir hissəsini kədər, çətinlik, qısqanclıq, ümidsizlik, kin, nifrət kimi duyğular içərisində keçirir. Ancaq bu bədbin ruh halı, Allaha iman edildiyində, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizə təslim olunduğunda bir anda ortadan qalxır. Allah Quranda, Özünə iman edənləri hər cür pislikdən və yanlışlıqlardan təmizləyəcəyini xəbər vermişdir.
Rəbbimizi inkar edənlərin (Allahı tənzih edirik) dostu isə, insanları Allahın yolundan döndərməyə çalışan şeytandır. Şeytan öz dostlarını cəhənnəm oduna sürüyür.